Gözləyin...
Bələdiyyədə görülən işlər 23-07-2026 532

Xətai rayonunda növbəti abadlıq tədbirləri uğurla davam etdirilir

Xətai rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin göstərişi ilə rayon ərazisində abadlıq, yenidənqurma və ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir. Görülən işlərin əsas məqsədi yaşayış məhəllələrinin daha səliqəli, təhlükəsiz və yaşıllıqların salınması üçün əlverişli vəziyyətə gətirilməsidir.

Növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri A. Rəhimov küçəsi 15 saylı binanın arxa hissəsində, M. Hadi küçəsində yerləşən binaların qarşısında, eləcə də M. Hadi küçəsi 6 və 130 saylı binaların ətrafında həyata keçirilmişdir.

Aparılan işlər zamanı uzun illər ərzində yığılıb qalmış kol-kos, sıx sarmaşıqlar, qurumuş bitki qalıqları və müxtəlif məişət tullantıları tamamilə təmizlənmiş, ərazilər abadlaşdırılmışdır. Xüsusi texnika və canlı qüvvənin iştirakı ilə görülən işlər nəticəsində ərazidən xeyli həcmdə tullantı KamAZ avtomobilləri vasitəsilə daşınaraq kənarlaşdırılmışdır.

Təmizlik tədbirlərinin başa çatdırılmasından sonra ərazilərdə gələcək yaşıllaşdırma və park salınması üçün münbit zəmin yaradılmışdır. Bu işlər sakinlərin istirahəti üçün daha rahat və estetik mühitin formalaşdırılmasına, eyni zamanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin həyata keçirdiyi quruculuq və abadlıq siyasəti rayonun müxtəlif yaşayış massivlərini əhatə etməklə davamlı xarakter daşıyır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr nəticəsində istifadəsiz və baxımsız qalmış sahələr yenidən həyata qaytarılır, sakinlərin rahatlığı və rifahı üçün müasir şəhərsalma prinsiplərinə uyğun abadlıq işləri görülür.

Xətai Bələdiyyəsi bundan sonra da rayonun müxtəlif ünvanlarında təmizlik, yaşıllaşdırma və abadlıq tədbirlərini davam etdirəcək, daha gözəl, daha yaşıl və daha müasir Xətainin formalaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə sürdürəcəkdir.







Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Xətai rayonunda muğam axşamı
Bələdiyyə xəbərləri 27-08-2026