0123344433
22.11.2026-cı il
Ədliyyə sistemi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, hüquqi dövlət quruculuğunun inkişafı və vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm vəzifələri yerinə yetirir.
Xüsusilə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə yanaşı, onlara metodoloji və praktiki dəstəyin göstərilməsi, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və qanunvericiliyin düzgün tətbiqinə kömək göstərilməsi Ədliyyə Nazirliyinin fəaliyyətinin mühüm istiqamətlərindəndir.
Ədliyyə Nazirliyinin bu sahədə həyata keçirdiyi ardıcıl tədbirlər, bələdiyyə üzvləri və qulluqçuları ilə qurulan səmərəli əməkdaşlıq, göstərilən hüquqi və metodoloji dəstək yerli özünüidarəetmə institutunun inkişafına, fəaliyyətində şəffaflığın və qanunçuluğun gücləndirilməsinə mühüm töhfə verir.
Bu əlamətdar gün münasibətilə bütün ədliyyə işçilərini, xüsusilə bələdiyyələrlə iş sahəsində çalışan əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıram.
Əminəm ki, Ədliyyə Nazirliyi ilə bələdiyyələr arasında mövcud olan qarşılıqlı əməkdaşlıq bundan sonra da inkişaf edəcək, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcəkdir.
Ədliyyə işçilərinin peşə bayramı mübarək olsun!
Hörmətlə,
Elşad Vəliyev
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri

