Gözləyin...
Bələdiyyə xəbərləri 07-01-2026 61

Xətai bələdiyyəsinin inzibati binasında YAP üzvləri ilə görüş keçirilib

2026-cı il yanvar ayının 6-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Məzahir Rüstəmov küçəsi 21” ünvanı üzrə (Xətai Bələdiyyəsi) ərazi partiya təşkilatında YAP üzvləri ilə görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, sədr müavini Vüqar Hüseynov, təşkilatın  əməkdaşları Təranə Paşayeva, Ülvi Abbasov, Xətai Bələdiyyəsi üzrə ƏPT-nin sədri Elşad Vəliyev, onun müavini Nərminə Hacıyeva və ƏPT-nin qeydiyyatında olan partiya üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, yerli partiya təşkilatlarının fəaliyyətinin partiyanın güclənməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Xətai Bələdiyyəsi üzrə Ərazi Partiya Təşkilatının sədri Elşad Vəliyev öz çüxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. O, Xətai Bələdiyyəsində həyata keçirilən sosial və ekoloji layihələrdə partiya üzvlərinin fəal iştirak etdiyini, qarşıdakı dövrdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Daha sonra çıxış edən natiqlər - Nərminə Hacıyeva və Rövşən Məmmədov qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.

Tədbir Yeni Azərbaycan Partiyasının ideyalarına sədaqətin ifadə olunması və gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələrlə davam edib.


Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər

Xətai bələdiyyəsində görüş keçirilib.
Bələdiyyə xəbərləri 26-07-2024