0123344433
2026-cı il yanvar ayının 6-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Məzahir Rüstəmov küçəsi 21” ünvanı üzrə (Xətai Bələdiyyəsi) ərazi partiya təşkilatında YAP üzvləri ilə görüş keçirilib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, sədr müavini Vüqar Hüseynov, təşkilatın əməkdaşları Təranə Paşayeva, Ülvi Abbasov, Xətai Bələdiyyəsi üzrə ƏPT-nin sədri Elşad Vəliyev, onun müavini Nərminə Hacıyeva və ƏPT-nin qeydiyyatında olan partiya üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, yerli partiya təşkilatlarının fəaliyyətinin partiyanın güclənməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Xətai Bələdiyyəsi üzrə Ərazi Partiya Təşkilatının sədri Elşad Vəliyev öz çüxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. O, Xətai Bələdiyyəsində həyata keçirilən sosial və ekoloji layihələrdə partiya üzvlərinin fəal iştirak etdiyini, qarşıdakı dövrdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Daha sonra çıxış edən natiqlər - Nərminə Hacıyeva və Rövşən Məmmədov qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.
Tədbir Yeni Azərbaycan Partiyasının ideyalarına sədaqətin ifadə olunması və gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələrlə davam edib.