Gözləyin...
Bələdiyyə xəbərləri 03-08-2026 264

Elşad Vəliyev abadlıq və yenidənqurma işlərinin gedişini şəxsən yaxından nəzarətdə saxlayır

Xətai Rayon Bələdiyyəsi tərəfindən rayonun abadlaşdırılması və sakinlərin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən işlər ardıcıl şəkildə davam etdirilir. Hazırda A.Rəhimov 15, M.Hadi 6 və M.Hadi 130 ünvanlarında park salınması və ətraf ərazilərin yenidən qurulması istiqamətində genişmiqyaslı abadlıq tədbirləri icra olunur.

Görülən işlər çərçivəsində ərazilərdə asfalt örtüyünün alt qatı döşənir, yol yatağı xüsusi texnikalar vasitəsilə əsaslı şəkildə hamarlanır və möhkəmləndirilir. Tikinti və abadlıq texnikalarının cəlb olunduğu prosesdə yolun keyfiyyətli və uzunömürlü olması üçün zəruri hazırlıq işləri intensiv şəkildə aparılır.

Layihənin məqsədi sözügedən ərazilərdə müasir standartlara cavab verən istirahət məkanlarının yaradılması, piyadaların rahat hərəkətinin təmin edilməsi və ümumi şəhərsalma mühitinin daha da yaxşılaşdırılmasıdır.

Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev abadlıq və yenidənqurma işlərinin gedişini şəxsən yaxından nəzarətdə saxlayır, görülən işlərin yüksək keyfiyyətlə və müəyyən olunmuş qrafikə uyğun icra edilməsi istiqamətində müvafiq tapşırıqlar verir. Sədr tərəfindən həyata keçirilən mütəmadi nəzarət işlərin operativ və səmərəli təşkilinə mühüm töhfə verir.

Xətai Rayon Bələdiyyəsi rayon ərazisinin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və sakinlərin rahatlığının artırılması məqsədilə həyata keçirdiyi layihələri bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.




Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayon Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər