Gözləyin...
Bələdiyyə xəbərləri 08-12-2025 408

Xətaı bələdiyyəsində "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" çərçivəsində növbəti tədbir baş tutub

Xətai rayon  bələdiyyəsinin Gender Komissiyası və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.                   Tədbir Xətai Bələdiyyəsinin Gender Komissiyasının sədri Səbinə Abdullayeva çıxış edərək cəmiyyətdə məişət zorakılığı və gender bərabərsizliyi kimi problemlərin hələ də aktual olduğunu vurğulayaraq, bu sahədə hüquqi müdafiə mexanizmlərdən və maarifləndirmənin mahiyyətindən danışıb.  

Daha sonra Xətai Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Turan Kərimzadə çıxış edərək, gender məsələləri və məişət zorakılığının növləri, qarşısının alınması yolları və mövcud qanunvericilik barədə  iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə Xətai bələdiyyəsinin əməkdaşı Rövşən Məmmədov da çıxış edərək,  ailə dəyərlərinin qorunması, sağlam ailə mühitinin formalaşdırılması və cəmiyyətin maarifləndirilməsinin vacibliyini qeyd edib.

Sonda tədbir iştirakçılarına gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Xətai bələdiyyəsi.




Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var.