Gözləyin...
Bələdiyyə xəbərləri 03-06-2025 37

Elşad Vəliyev: "Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev daim uşaqların ən böyük himayədarı olub"

“Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub"- bu fikirləri Belediyye.infoya  Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev deyib. 

Elşad Vəliyev bildirib ki, hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli lider deyirdi ki, "uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır". 

Bu gün ulu öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlaqının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. 

Sədr qeyd edib ki, görülən işlərə, həyata keçirilən layihələrə bələdiyyələrdə maliyyə imkanları çərçivəsində öz dəstəyini göstərir. Odur ki, Xətai bələdiyyəsi olaraq xüsusilə valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunuan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır.

Sədr bildirib ki, “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Xətai RİH-in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə rayondakı 3 saylı Uşaq evinin sakinlərinin Uşaq Əyləncə Mərkəzinə səfəri təşkil edilib. Uşaq Əyləncə Mərkəzində keçirilən tədbirdən əvvəl internat evinin sakinlərini bayram münasibəti ilə təbrik edən Xətai bələdiyyəsinin rəsmiləri ölkəmizdə uşaqlara gostərilən dövlət qayğısı, torpaq, Vətən sevgisi, tarixi Zəfərimiz haqqında danışıblar.  Gün ərzində uşaqlar əyləncə mərkəzinin idman qurğularında əylənmişlər. Bununla yanaşı onlara nahar təşkil edilmiş və sonda hədiyyələr təqdim edilmişdir.

Bələdiyyənin növbəti addımı kimi bayram günündə şəhid və qazi ailələrinin uşaqlarının bu mərkəzə səfərinin təşkili planlaşdırılıb.

Qeyd edək ki, atılan hər bir addım bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə yekdil qərar qəbul edilir. Xətai bələdiyyəsi bundan sonra da həssas  qrupa aid uşaqların asudə vaxıtnın təşkilinə öz töhfəsi verəcəkdir.






Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər

Xətai bələdiyyəsində görüş keçirilib.
Bələdiyyə xəbərləri 26-07-2024