Gözləyin...
Bələdiyyə xəbərləri 25-12-2023 1476

Elşad Vəliyev: “Əldə etdiyimiz maliyyə vəsaitinin böyük bir hissəsi Xətai rayonunun abadlıq-quruculuq işlərinə xərclənir”

“Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi sakinlər arasında sistemli şəkildə maarifləndirmə işini aparmaqdır” - bu fikirləri Belediyye.infoya Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib.

Sədrin sözlərinə görə, cari ildə kifayət qədər yüksək məbləğdə borcu olan 643 vergi ödəyicisiylə bağlı bələdiyyə iclasının qərarı Xətai rayon icra və probasiya şöbəsinə göndərilib. Ötən il isə bu rəqəm 362 olub.

Hər ay büdcə gəlirlərinin 11-14 faizədək hissəsi məhz icra şöbəsiylə əməkdaşlığımız sayəsində  əldə olunur.

Lakin təəssüf  edirik ki, bir çox hallarda sakinlər yaratdıqları borcu ödəmək əvəzinə etiraz əlaməti olaraq bələdiyyə iclasının qəbul etdiyi qərarlardan inzibati məhkəməyə müraciət edirlər. Bu günədək 17 vergi ödəyicimiz, təəssüf ki, bu addımı atıb. Məhkəmə baxışı zamanı isə artıq 6 nəfərin iddiası təmin edilməmiş və bələdiyyənin qərarı qüvvədə saxlanılmışdır. Digər iddialar isə baxılmaqdadır.

Sədr qeyd edib ki, cari ildə büdcə gəlirlərimizi 20 faizədək artıra bilmişik. Əldə etdiyimiz maliyyə vəsaitinin böyük bir hissəsi Xətai rayonunun abadlıq-quruculuq işlərinə xərclənir. “Abad həyət” layihəsi çərçivəsində bir sıra ərazlərdə əsaslı təmir işləri aparılmaqdadır. Şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi isə bələdiyyənin əsas vəzifələrindəndir.

Bu gün Xətai bələdiyyəsinin kollektivi fəaliyyətiylə Prezident  cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməklə  vətəndaş məmnunluğunun təmin ediməsinə xidmət edir. Ödur ki, növbəti ildə daha böyük rüh yüksəkliyi ilə seçicilərimiz qarşısında verdiyimiz öhdəliyi yerinə yetirmək niyyətindəyik.

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var.