Gözləyin...
Bələdiyyə xəbərləri 25-11-2026 187

Xətai bələdiyyəsinin 2026-cı ilin 6 ayı ərzində görülmüş işlər o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilən hesabat

Xətai bələdiyyəsinin 2026-cı ilin 6 ayı ərzində görülmüş işlər o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilən

                                 HESABAT

Xətai rayon Xətai bələdiyyəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını "Bələdiyyələrin Statusu Haqqında", "Bələdiyyənin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunlarını, Bələdiyyələrin nümunəvi Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin və digər dövlət orqanlarının normativ və hüquqi aktlarını rəhbər tutaraq fəaliyyət göstərir.

Xətai bələdiyyəsi 29 yanvar 2025-ci il tarixli bələdiyyə seçkilərində qalib gəlmiş 19 nəfər bələdiyyə üzvü ilə təmsil olunur. Onlardan 5 nəfəri daimi əsaslarla fəaliyyət göstərir. Bələdiyyənin icra aparatında 62 nəfər işçi çalışır.

Xətai bələdiyyəsi 2026-cı ilin 6 ayı ərzində 15 iclas keçirmiş, 164 məsələ müzakirə edərək müvafiq qərarlar qəbul etmişdir.

Bələdiyyədə üç daimi komissiya fəaliyyət göstərir. Hesabat dövründə Yerli Büdcə və İqtisadi İnkişaf daimi komissiyası 16 iclas keçirmiş, 66 məsələ müzakirə etmişdir. Yerli Sosial ve Ekologiya məsələləri daimi komissiyası 19 iclas keçirmiş, 65 məsələ müzakirə etmişdir. Hüquq məsələləri daimi komissiyası 15 iclas keçirmiş, 33 məsələ müzakirə etmişdir.

Bələdiyyənin 02 Aprel 2025-ci il tarixli iclasında Gender bərabərliyi komissiyası yaradılmışdır. Gender bərabərliyi komissiyası 9 nəfərdən ibarət tərkibdə formalaşmışdır.

Bələdiyyəyə hesabat dövründə ayrı-ayrı vətəndaşlardan 993 ərizə, təklif, idarə və müəssisələrdən 115 məktub daxil olmuşdur. Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif ünvanlara 1106 ədəd məktub ünvanlanmışdır. Vətəndaşlara və müxtəlif təşkilatlara 754 arayış verilmişdir. Eyni zamanda 135 nəfər hərbi xidmətdən məzuniyyətə gələnlərin qeydiyyatı aparılmışdır.

Bələdiyyənin 2027-ci ilin büdcə layihəsi mövcud qanunvericilik əsasında büdcə təqviminə uyğun müzakirəsi aparılır.

Yerli vergilər (bələdiyyə vergiləri) və ödənişlər nağdsız şəkildə-banklar poçtlar vasitəsilə həyata keçirilir. Vergilərin ödənilməsi ilə, əlaqədar "Azərpoçt" MMC ile xidmətli müqvilə bağlanmışdır. Yerli (bələdiyyə) vergi ödəyicilərinin 2026-cı ildə də qeydə alınması davam etdirilmişdir. Hesabat dövründə bələdiyyənin 2026-cı il 6 aylıq gəliti 1263694 manat təşkil etmişdir.

O cümlədən fiziki şəxslərdən torpaq vergisi 20784 manat, fiziki şəxslərdən əmlak vergisi 1045770 manat, avtomobil dayanacaqlarından rüsum, qaraj icarə haqqı 845 manat, mehmanxana rüsumu 170301 manat, bələdiyyə əmlakının icarəyə verilməsi və torpaq icarə haqqı 9652 manat, digər gəlirlər 16342 manat daxil olmuşdur.

2026-cı ilin altı aylıq gəlirləri 2025-ci ilin altı aylıq gəlirləri ilə müqayisədə 197870 manat çox olmuşdur.

Bələdiyyənin 2026-cı ilin 6 aylıq xərcləri 1253430 manat təşkil etmişdir. O cümlədən yerli özünüidarəetmə orqanlarının saxlanması xərcləri 749142 manat, sosial müdafiə və sosial təminat xərcləri yardımlar 160121 manat, digər xərcler 42831 manat, abadlıq işləri 302510 manat xərclənmişdir. 2026-ci ilin 6 aylıq xərcləri 2025-ci ilin 6 aylıq xərcləri ilə müqayisədə xərclər 227033 manat çox olub.

Vergi ödəyicilərindən vergilərin büdcəyə cəlb edilməsi zamanı ödəyicilərə məlumatlar verilir. Ödənilən vergilər haqqında məlumat hər gün təhlil edilir.

Hesabat dövründə Xətai bələdiyyəsinin inzibati ərazisində, BAMS-də ümumi sahəsi 8737578.76 kv.m. olan 99062 əmlak vergi obyekti, ümumi sahəsi 1794550.064 kv.m olan 4458 torpaq vergisi ödəyicisi vardır.

2024 2025-ci illərdə DƏKDRX-dən ümumi 21929 əmlak və torpaq sahəsi barədə məlumat, cari ilin 6 ayında isə 11000 əmlak və torpaq sahələri barədə məlumatlar alınaraq BAMS-də üçota alınmışdır.

Vergi ödəyicilərinin mobil nömrələrinə www.e-belediyye.az mərkəzləşdirilmiş sistem üzərindən əmlak və torpaq vergisinin ödənilməsi, tərtib olunmuş İnzibati Akt, qəbul olunmuş Qərarlar barədə 8400 dəfə SMS göndərilmişdir.

2026-ci ilin 6 ayında əmlak və torpaq vergisini ödəməkdən yayınan 1012 şəxs barəsində İnzibati Akt tərtib edilmişdir.

Tərtib edilmiş İnzibat Aktlardan 566 ödəyici barədə Qərar qəbul edilərək, verginin məcburi alınması üçün İcra şöbələrinə müraciət olunmuşdur.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi yaşıllıqlar vaxt keçdikcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərə yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № li Qərarına əsasən tədbirlər görülür.

Xətai rayonu Xətai bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da dair diqqət mərkəzində saxlanılır.

Hal-harda hündürmərtəbəli çoxmənzilli binaların özəlləşmiş mənzilləri kodlaşdırılır gəlir hesablanır. Bu səbəbdən 2026-ci ildə gəlirlərin artması gözlənilir.

Xətai bələdiyyəsi mütəmadi olaraq rayon İcra Hakimiyyətinin sahə inzibati ǝrazi Dairə nümayəndəlikləri ilə, MKTB-yi ilə, xidməti idarə və müəssisələrlə əlaqə saxlayır.

Hesabat dövründə bələdiyyə sakinlərin bir sıra sosial, iqtisadi, ekoloji problemlərin həllinə nail olmuş, ərazidə xeyli abadlıq işləri görülmüşdür.

Sosial yönümlü tədbirlər hər il olduğu kimi 2026-cı ilin 6 ayında da davam etdirilmişdir. Beləki dövlət tərəfindən qəbul edilmiş bayramlarda bələdiyyənin inzibati ərazisində yaşayan 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərə sovqatlar təqdim edilib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 3 saylı uşaq evində məskunlaşmış valideyin himayəsindən məhrum uşaqların bayram şənliklərində iştirak edilib, onlara bayram sovqatları verilmişdir.

Hesabat dövründə 2026-cı ilin altı ayı ərzində bələdiyyənin inzibati ərazisində 302510 manat məbləğində abadlaşdırma işləri görülmüşdür.

Xətai bələdiyyəsi bələdiyyənin inzibati ərazisində yaşıllıqların qorunması üçün bir ədəd 20 tonluq su maşını almışdır. Hər gün ərazidəki yaşıllıqlar suvarılır.

Gənclərin Yerli özünüidarə etmədə rolları danılmazdır. Baxmayaraq ölkəmkizdə bu qurum 1999-cu ilin dekabr ayından fəaliyyət göstərir.

Qısa dövr ərzində Xətai bələdiyyəsində də gənclərimiz yerli özünüidarə etme sahəsində çalışaraq bu sahədə qanunları mənimsəyərək gərçək həyata tətbiq etməyə başlamışlar.

Gənclərimiz o cümlədən qadınlarımız 29 yanvar 2025-ci il bələdiyyə seçkilərində fəal iştirak etmiş və yerlərdə qələbə qazanmışdırlar. Gənclərimiz yerliözünü idarəetmə qurumlarında öz mübarizələrini davam etdirilər.

Əhalinin sağlamlığının qorunması, eləcədə yerlərdə sanitar-epidemioloji vəziyyətin nəzarət altında saxlanılması üçün əməlli addımlar atılır. Xətai rayonu Xətai bələdiyyəsində rayon rəhbərliyinin təşəbbüsü ilə yerlərdə gənclərimiz tədbirlərdə yaxından iştirak etmişlər və bu gün də bu işi davam etdirirlər.

Xətai bələdiyyəsi olaraq, rayon İcra Hakimiyyəti ilə birlikdə şəhid valideyinlərinə, ailələrinə həssaslıqla yanaşmağı özümüzə borc bilmişik. Onlara maddi və mənəvi dəstək olmağa çalışmışıq.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlik zirvəsinə ucalanlar əbədi yaşayırlar. Əldə olunan uğurlarla yanaşı, bələdiyyədə bir sıra çatışmazlıq da mövcuddur ki,bunların da obyektiv və subyektiv səbəbləri vardır. Belə ki, bələdiyyənin yaranmasından 25 ildən çox müddət keçməsinə baxmayaraq bu günədək bələdiyyəyə məxsus torpaqların xəritəsi tərtib olunub verilməmişdir.

Bələdiyyəyə ehtiyat torpaq fondu ayrılmamışdır. Bu isə əhalinin torpaq problemlərini həll edilməsinə imkan vermir.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar vergilərin nağdsız şəkildə toplanmasını, könüllü olaraq bank və poçtlar vasitəsi ilə ödəmələri sakinlərə izah olunur və bu sahədə maarifləndirmə işinin aparılması davam etdirilir.

Bələdiyyənin maliyyəsinin əsasını təşkil edən vergilərin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin problemlərinin imkan daxilində həlli edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürüldüyü inzibati binanın bələdiyyə mülkiyyətinə verilməsi, yaxud yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə iştirak edilməsi kimi məsələlər Xətai bələdiyyəsinin qarşıdakı dövr ərzində nəzərdə tutduqları işlərin tərkib hissəsidir. Xətai rayon İcra Hakimiyyəti ilə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq bələdiyyənin fəaliyyətinin səmərəli məcraya istiqamətləndirilməsi öz müsbət təsirini göstərir.

Bütün bunları nəzərə alaraq Xətai bələdiyyəsi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.


Xətai rayonu Xətai bələdiyyəsinin Sədri:

E.V. Vəliyev

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər