Gözləyin...
Bələdiyyə xəbərləri 08-05-2025 1337

Elşad Vəliyev: "20 tonluq su çəni olan avtomaşın almaqda əsas məqsədimiz..."

"Bu gün Xətai bələdiyyəsinin əsas vəzifəsi seçicilərinin xidmətindən dayanmaqdır"- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib. 

Sədr bildirib ki,  bu gün seçicilərin asudə vaxtının təşkili ilə bağlı rayon ərazisində ciddi addımlar atılmaqdadır. Rayon ərazisində olan və əsaslı şəkildə təmir  işləri aparılan park və meydanlar, habelə məhəllədaxili həyətlərdə  çoxsaylı ağaclar əkilərək aqrotexniki qulluq göstərilməkdədir. 

Bəzən yay aylarında  isə bu ağaclara qulluq edərkən su çatışmazlığı ortaya çıxır və bu da öz növbəsində müəyyən problemlər yaratmaqdadır. 

Odur ki, bələdiyyə iclasının qərarı ilə 20 tonluq su çəni olan avtomobil alaraq bu problemi həıll etmək niyyərindədir.

Ancaq bununla yanaşı avtomaşın hüquqi və fiziki şəxslərə pullu  xidmət göstərə biləcək. Bələdiyyə çalışacaq ki, avtomaşın bu cür xidmət göstərməklə öz xərcini ödəsin və bələdiyyəyə əlavə gəlir gətirsin. 

Sədr bildirib ki, bütün hallarda bizim məqsədimiz xalqa layiqli xidmət göstərməkdir və bunun üçün də var qüvvəmizlə çalışırıq.






Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var.