0123344433
31 oktyabr 2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev,Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, şəhid ataları, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbirdə Xətai Rayon Xətai Bələdiyyəsinin əməkdaşları tam heyətlə iştirak edərək aksiyaya öz töhfələrini veriblər. Bələdiyyə kollektivinin bu ümumrayon təşəbbüsündə fəal iştirakı ətraf mühitin qorunmasına, şəhərimizin yaşıllıq sahələrinin genişləndirilməsinə və ictimai məsuliyyətin gücləndirilməsinə göstərilən diqqətin bariz nümunəsidir.
Aksiya rayonun “Gənclik” parkında və 8 Noyabr prospektində təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir çərçivəsində 1200 ədəd kiparis, Eldar şamı və evkalipt ağacı əkilib, ağaclar suvarılaraq onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının qorunması və ictimaiyyət arasında təbiətə qayğı hissinin təşviq edilməsidir.
Qeyd edək ki, Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin və kollektivin bu cür ictimai-ekoloji təşəbbüslərdə fəal iştirakı bələdiyyənin rayonun abadlaşdırılması, yaşıllıqların qorunması və sakinlər üçün daha sağlam, təmiz və gözəl yaşayış mühitinin yaradılması istiqamətindəki mövqeyini nümayiş etdirir.
Zəfər Günü ərəfəsində keçirilən bu aksiya həm də Vətən uğrunda qazanılmış tarixi Qələbənin quruculuq, inkişaf və gələcək nəsillərə yaşıl Azərbaycan mirası qoymaq kimi dəyərlərlə tamamlanmasının rəmzi ifadəsidir.






